ice berg

ice berg Mətbəx 30-07-2023, 15:00

Porçini göbələkli çörək

Porçini göbələkli çörək
İnqrediyentlər
porçini göbələyi-50 qr
sarımsaq-1 diş
çörək-1 dilim
dəfnə yarpağı-1 ədəd
supersun yağı-2 x.q.
krem-½ st
zeytun yağı-1 ç.q.
toz pomidor-1 ç.q.
parmesan-1 x.q.
duz, istiot
zövqə görə

Hazırlanma mərhələsi
Tava isidilir. Sarımsaq sürtgəcdən keçirilir. İsidilmiş tavaya supersun yağı əlavə edilir, əridilir və sarımsaq bura əlavə edilir.
Sonra göbələklər də bura əlavə edilir, az odda sotelənir. Eyni anda dəfnə yarpağı, pomidor tozu, digər ədviyyatlar da əlavə edilir.
Sotelənən qarışıma zeytun yağı əlavə edilir, sonra krem tökülür və 2 dəqiqə qarışdırılır.
1 dilim tost çörəyi iki yerə bölünür. Sotelənən göbələklərin içərisindən dəfnə yarpağı çıxarılır. Sonra qızarmış çörəklərin üzərinə göbələklər çəkilir, üzərinə də parmesan səpilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
515 465 398 395 448 474

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.