ice berg

ice berg Dəri və saç 30-07-2023, 17:00

Saç rənginin təbii və ucuz yollarla açılması

Saç rənginin təbii və ucuz yollarla açılması
Havalar istiləşdikcə qızların çoxu saç rəngini dəyişmək istəyir. Saç rəngini təbii və ucuz yollarla açmaq istəyənlər üçün bir neçə maska resepti təqdim edirik.
Çobanyastığı
Bir qabı qaynar su ilə doldurun. Çobanyastığı çiçəyini 10 dəqiqə isti suda saxlayıb süzün, sonra soyumasını gözləyin. Maskanı təmiz saçlara çəkib 1 gecə saxlayın, ertəsi gün yuyun. Saç rəngini daha çox açmaq üçün maskanı təkrar edə bilərsiniz. Çobanyastığı çayı eyni zamanda kəpəyin də qarşısını alır.
Limon
Limonu dilimləyib saçlara çəkin. Yaxud da 2 qaşıq limon suyu ilə 1 stəkan isti suyu qarışdırıb saçlara çəkib, bir müddət günəşin altında gəzin. Limon suyu quruduqdan sonra saçları yuyun. Tellərin yumşalması üçün uclarına hindqozu yağı çəkin.
Darçın
1 çay qaşığı darçınla yarım stəkan suyu qarışdırıb məcun halına gətirin. Saçları isladıb saç kremi tətbiq edin. Sonra darçınlı qarışığı saçlara çəkib başınızı bağlayın. Ən az 6 saat saxladıqdan sonra yaxalayın.
Araq
1 stəkan araqla 1 stəkan mineral suyunu sprey şüşəsinə doldurun. Saç tellərinə çəkib bir müddət günəşin altında dayanın.
Karbonat
1 çay qaşığı karbonatla bir miqdar suyu qarışdırıb ayda bir dəfə şampunla yuduqdan sonra saçınızı bu suyla yuyun. Lakin saçlarınız həssasdırsa, karbonat saçlara zərər verə bilər

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
485 489 445 481 430 476

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.