ice berg

ice berg Gözəllik 31-07-2023, 10:00

Üzü daha cavan etmək üçün sadə üsul

Üzü daha cavan etmək üçün sadə üsul
Qadının yaşını qırışlar deyil (onlar daha gec əmələ gəlir) üz dairəsinin aşağı enməsi ələ verir. Yaşlaşdıqca dəri sallanmağa başlayır ki, bu xüsusilə çənə və yanaqlarda özünü göstərir. Müəyyən edilmişdir ki, kişilərdə üz dairəsi qadınlara nisbətən daha gec yaşlarda aşağı enir. Bunun əsas səbəblərindən biri kişilərin tez-tez üzünü qırxmasıdır.

Kişi üzünü qırxarkən, özü də fikirləşmədən, yanaqlarının aşağı tərəfə sürüşməsinin qarşısını alır. Əlbəttə ki, biz qadınlara heç də üzünü qırxmağı təklif etmirik.

Kişilərin üz qırxma zamanı hərəkətlərini təkrarlayan massaj qadınların üz dairəsinin möhkəmlənməsinə kömək edir. Bunun üçün qapağı üstündə olan birdəfəlik ülgüc götürün. Massaj xətləri üzrə hərəkət etməklə (bax şək.), yanaqları qaldıraraq və çənəni hamarlayaraq, kişilərin hərəkətlərini təkrar edin.

Üzü daha cavan etmək üçün sadə üsul

Bu massaj hərəkətləri 3-5 dəqiqə ərzində davam edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
430 482 499 485 483 425

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.