ice berg

ice berg Sağlamlıq 2-08-2023, 13:00

5 günə 4 kiloqram arıqladan "Barbi" pəhrizi

5 günə 4 kiloqram arıqladan "Barbi" pəhrizi
Məşhur aktrisa Marqot Robbienin film hazırlığı üçün etdiyi pəhriz günlərdir gündəmdən düşmür. Hər kəs onun qısa müddətdə necə çəki atması ilə bağlı suallar ünvanlayır.

Loading.aZ xəbər verir ki, "Barbi" filmi ilə son günlər gündəmdə olan Marqotun pəhrizini bu dəfə diyetoloqlar araşdırılıb.

5 gündə 4 kiloqram çəki atdıran "Barbi" pəhrizi nədən ibarətdir?

Robbie açıqlamaında günlük qida rasionunda çörək və şirniyyatın olmadığını deyib. Səhər yeməyinə yulaf yarması, tərəvəzlərdən hazırlanan smuzi içən aktrisa naharda toyuqlu salat yediyini açıqlayıb. Şam yeməyində isə sənətçi kartof və balıqdan istifadə edir.

Robbie hərdən burger və Meksika mətbəxindən yeməklər yediyini gizlətməyib. 2013-cü ildən isə pilateslə məşğul olduğunu deyən aktrisa rəqs dərsləri aldığını vurğulayıb.

Aktrisa hər səhər içdiyi detoksun reseptini də bölüşüb:

200 ml. su
1 çay qaşığı toz zəncəfil
Yarım limonun suyu
1 çay qaşığı sirkə

Bütün ərzaqları bir yerə töküb qarışdırın və 1 saat saxlayın. Onu iki yerə ayırıb səhər və axşam için.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
425 403 396 340 393 341

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.