ice berg

ice berg Məsləhətlər 2-08-2023, 21:00

İntihar, stress, depressiya- Tək çıxış yoludur?

İntihar, stress, depressiya- Tək çıxış yoludur?

İntihar halları çox vaxt dərin ümidsizlik hissi ilə baş verir. Problemlərin həlli yollarından və ya çətin həyat şərtlərinin öhdəsindən gələ bilməmək intihara yol aça bilər. İnsanların fikrincə, bu kimi vəziyyətlərin həlli yolu həyatlarına son verməkdir. İntihar cəhdlərindən sağ çıxanların bir qismi həyatlarının dəyərini daha yaxşı başa düşürlər. Digərləri isə yenidən intihara cəhd edirlər.

Mövzu ilə əlaqədar psixoloq Aygün Cəfərova açıqlama verib:
" İntihar halları bütün dövrlərdə rast gəlinir. Müxtəlif yaş qruplarında belə hadisələrin şahidi oluruq. İntiharın yaranma səbəbləri sosioloji, psixoloji və bioloji ola bilir. Bioloji amillər intiharın əsas faktoru olaraq qəbul edilir. Şəxslər genetik olaraq xüsusən birinci dərəcəli qohumlarda, yaxın insanlarda görürsə intihara meyillilik yarana bilir. Psixoloji və sosioloji olaraq yaranma səbəbləri isə, insanın psixoloji immunitetinin aşağı olmasından qaynaqlana bilir. Bir sıra emosional gərginliklərdən dolayı insanda sağlam düşüncə itir, affekt halına düşə bilir. Nəticə etibarilə problemdən qaçış yolu olaraq həll yolunu intiharda görürlər. Məhz buna görə, ailələrə məsləhət görürük ki, uşaqlarda psixoloji immunitetin yüksəldilməsi mütləqdir. Əgər formalaşmaqda olan uşaq, yeniyetmə, gənc sağlam ruhda böyüyərsə, həyatda qarşılaşdığı çətinliklərin, problemlərin öhdəsindən daha sağlam çıxış yolu düşünə bilirlər.

Ümumiyyətlə, cəmiyyətdə baş verən hadisələrin qarşısını ala bilmərik. Sadəcə olaraq ən uğurlu versiya ondan ibarətdir ki, böyüməkdə olan gənclərin psixoloji immunitetin yüksəldilməsidir. Belə halda uşaqlar stresə davamlı olurlar, stresli situasiyadan çıxa bilir, affekt halına daha az düşürlər. Beləliklə, emosional vəziyyətlərini daha yaxşı idarə edə bilirlər".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
424 436 390 381 378 436

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.