ice berg

ice berg Məşhurlar 1-08-2023, 22:22

Kinomuzun bu məşhurları mükafatlandırıldı - SİYAHI

Kinomuzun bu məşhurları mükafatlandırıldı - SİYAHI
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibliyi 2 avqust “Milli Kino Günü” münasibətilə ənənəvi mükafatının qaliblərini elan edib.

LoadingaZ'ın AKİ-yə istinadən xəbərinə görə, 2023-cü il üçün ittifaqın ənənəvi mükafatına aşağıdakı kinematoqrafçılar layiq görülüblər:

Azər Aydəmir - “Əqrəb mövsümü” çoxseriyalı televiziya filminin uğurlu dramaturji həllinə görə

Nicat Dadaşov - “Mən burdayam, ilahi!” bədii film layihəsində uğurlu prodüser işinə görə

Həsən Axundov - “Mən burdayam, ilahi!” bədii film layihəsində uğurlu prodüser işinə görə

İlqar Cahangir - “Suğra və oğulları” bədii filmində “Barat” rolunun ifasına görə

Nadir Bədəlov – “Kino gözlə söz arasında” kitabı ilə kinoşünaslığa töhfəsinə görə

İmaməddin Həsənov - Azərbaycan sənədli kinosunun beynəlxalq əlaqələrinin inkişafında xidmətlərinə görə.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının mükafatı hər il milli kinematoqrafiyanın inkişafında xidmətləri ilə fərqlənmiş yaradıcı şəxslərə ünvanlanır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
408 455 447 383 404 407

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.