ice berg

ice berg Avto Dünya 3-08-2023, 19:00

"Porsche" bu modeldə elektrikə keçməyə tələsmir

"Porsche" bu modeldə elektrikə keçməyə tələsmir
Porsche şirkəti 2030-cu ilədək istehsal edəcəyi modellərin 80%-ni elektrik mühərrikinə keçirmək istəyir. Bəs qalan 20% necə olsun?

LoadingaZ'ın xəbərinə görə, 911 modeli üçün hələ ki heç bir elektrik mühərriki nəzərdə tutulmur. Ştutqartlı istehsalçı bu model üçün benzin mühərrikini maksimum uzun müddətə saxlamağa çalışır. Bəs niyə məhz 911?

Cavab sadədir: Porsche dedikdə çoxlarının ağlına ilk olaraq bu model gəlir. Ötən il satışların cəmi 13%-ni 911 təşkil etsə də, bu model şirkətin marketinq imicini formalaşdırıb.

O ki qaldı şirkətin ilk elektromobilinə, bu, 2024-cü ildə təqdim ediləcək Macan olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
476 475 419 473 410 459

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.