ice berg

ice berg Müxtəlif 4-08-2023, 16:00

Texnologiyadan nə qədər asılıyıq?

Texnologiyadan nə qədər asılıyıq?

Texnologiya asılılığı insanların vaxtlarının çox hissəsini planşet, telefon və cihazlarla keçirdikləri bir xəstəlikdir. Texnoloji avadanlıqlara həddindən artıq bağımlı olan insanlar vəziyyətdən asanlıqla xilas ola bilmir və bu müxtəlif problemlərin yaranmasına səbəb olur. Açığı bu vəziyyət, aludəçiliyi olan şəxs tərəfindən heç də narazılıqla qarşılamır. Hərəkətlərinin düzgün olduğunu, anormal bir şeyin olmadığını düşünür. Daimi gələn bildirişlər, birdən çox cihazla məşğul olmaq, istifadə olunmamış proqramlar, cavabsız mesajlar- texnologiya ve internet asılılığının artması deməkdir. Asılılığa gətirib çıxaran yalnız bunlarla kifayətlənmir. Onlayn alış-veriş, internet və oyunlar asılılığın növləri sırasına daxil edə bilərik.

Bağımlılığı doğuran bir çox psixoloji hallar mövcuddur. Bu pozğunluğu olan insanlar ilk növbədə asılı olduqlarını qəbul etməlidirlər. Əks halda müəyyən müddət sonra aradan qaldırmaq son dərəcə çətin olacaq. İçinə qapanıqlıq, ailədə müxtəlif problemlərin olması, ətraf dairəsinin azlığı olan insanlar virtual mühitlərdə özlərini daha rahat hiss edir, ifadə edə bilirlər. Ətraf mühitdən təcrid olunmuş insan öz prioritetlərini müəyyən edə bilmir, planlarını daim təxirə salaraq ailəsindən uzaqlaşır. Uzun müddət ekran qarşısında qaldığı üçün zaman anlayışı itirir və üzərinə düşən vəzifələri yerinə yetirmir. Narahatlıq və qorxu kimi duyğular yaşayan bir şəxs ani əhval dəyişikliyi ilə üzləşə bilər. Yalnızlıq hissi, tənhalıq çıxması çətin olan qısqanc bir
dairəni özü ilə gətirir.

Problemin aradan qalxması fərdlərin əlində olan bir vəziyyətdir. Əgər insan texnoloji asılılıqdan qurtulmağa can atırsa, buna nail ola bilər. İlk növbədə, bağımlılığıa səbəb olan amillərdən uzaq durmaq lazımdır. Xüsusilə smartfon, televizor və planşetlər son dərəcə təhlükəlidir. Sosial həyatla məşğul olmaq texnologiya asılılığından xilas olmaq üçün çox əhəmiyyətlidir. Texnoloji avadanlıqlardan düzgün istifadə etmək və diqqətli olmaq lazımdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
460 386 389 439 380 399

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.