reklam
Gözəl qadın..Dözən qadın Gözəl qadın..Dözən qadın https://take.az/uploads/posts/2023-08/thumbs/1691087147_img_20230803_222538_820.jpg
ice berg

ice berg Sevgi 4-08-2023, 23:00

Gözəl qadın..Dözən qadın

Gözəl qadın..Dözən qadın
Gözəl qadın!
Dözən qadın!


Dözdükcə,
Öz-özünü üzən qadın...
Dörd divar arasında qalan qadın
Qaldıqca dalan qadın

Sevdiyim qadın! Göz yaşlarında öz əksimi görməkdən doymadığım, göz yaşların silməyindən bezmədiyim qadın.

Sildikcə göz yaşları axadıqca axan, qəlbimi yaxan qadın. Bilirsən mi çıxış yolu olmamaq nədir? Dörd divara sığınıb, səsləri boğmaq nədir? Səsləri boğmaqdan ötrü qulaqlarını az qala yerindən qoparmaq istəyirsən.

Amma nə fayda. Köməyinə yetəcək biri yoxsa. Səni xilas edəcək biri yoxsa. Nə fayda? Özün etdiyin səhvlər sənə təsir etmir, yox, bu səhvləri sən etməmisən. Etməmisən deyə ömrünün sonuna kimi doğmalarını əfv etməyəcəksən. Hər dəfə ağrıları xatırlaylb, doğmalarınla dalaşan qadın, öz taleyi ilə barışan qadın.

Bir yolu var o da məzar.
Ya intihar, ya xəstəlik, ya qocalıq.
Bir yolu var, o da məzar...


Sevmədiyin kişinin qolllarında dünyaya nifrət etmək, sevmədiyin kişidən olan övladları sevmək nə qəribədir elə deyil? Mən bilirəm ağrı nədir. Sən sus, ağrıları mən sevirəm. Dörd divarlar ağrıları ovundurur.

Bir yolu var, o da məzar...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
223 223 216 222 216 181

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.