ice berg

ice berg Mətbəx 8-08-2023, 15:00

Alma ilə ətirli oladi

Alma ilə ətirli oladi
Alma ilə oladi çox dadlı alınır. Xəmirə darçın əlavə etmək olar. Bu halda oladi daha da ətirli olur. Darçın xoşlamırsınızsa, vanil əlavə edə bilərsiniz.
Tərkib:
1 stəkan qatıq
1,5 stəkan (1 stəkan + yarım stəkan) un1 çimdik duz
yarım ç.q. darçın
yarım ç.q. soda
1 orta ölçüdə alma
4 x.q. şəkər tozu

Hazırlanması:
1. Qatığı şəkər tozu ilə çalın, soda əlavə edin, qarışdırın.
2. Hissə-hissə ələnmiş un əlavə edin, mikserlə yaxşı qarışdırın.
3. Almanı soyun, kiçik tikələrə doğrayın (sürtgəcdən keçirmək olmaz), xəmirə əlavə edin.
4. Darçın əlavə edin, xəmiri yaxşı qarışdırın.
5. Tavanı yaxşı qızdırın, bitki yağı tökün, qızdırın, xəmirdən qaşıqla götürüb tavaya qoyun, oladiləri hər iki tərəfdən qızardın.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
623 588 533 581 566 556

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.