ice berg

ice berg Qadın Dünyası 11-08-2023, 08:00

"Xanımların ən bahalı aksesuarı saçlarıdır"-AÇIQLAMA

"Xanımların ən bahalı aksesuarı saçlarıdır"-AÇIQLAMA
Fəsillər dəyişdikcə insanlar həm geyimlərində, həm də saçlarında özünəməxsus tərz yaradırlar. Eyni zamanda qızmar yaylarında günəş şüaları, dəniz duzu ilə əlaqədar saçlarda zədələnmələr ola bilər. Peşəkar stilist Fəhminə Həmidova yay mövsümündə xanımların saçlarına peşəkar qulluq etmələrini bildirib:

"İlk olaraq yay fəslində xanımlarımız saçlarında rahatlıq olsun istəyirlər. Düşünürəm ki, xanımlarımız bu müddət ərzində afro hörüklərə üstünlük versələr daha yaxşı olar. Həm can rahatlığıdır, həm də saçlara hər hansı bir zədə yaratmır. Xanımlarımız hazırda bunlardan istifadə edirlər. Çünki saçlarımızı yığmırıq və köməyimizə afro hörüklər gəlir. Bəzən həkimlər saçlara baxım zamanı keratinləri məsləhət görmür. Belə halda, saça qulluq zamanı müəyyən istinalarımız olur. Nümunə olaraq, keratin düzləşdirmə proseduru hamilə xanımlara, süd verən analara, zob və onkoloji xəstələrinə icazə verilmir. Əvvəllər keratinlərin formadelhidi yüksək olduğundan saçlara ciddi ziyan verirdi. Amma, hazırda istifadə etdiyimiz keratinlərin tərkibində formaldehidin miqdarı azdır. İşimizin təhsilini almışıq. Peşəkar ustalarıq və keratindən düzgün qaydada istifadə edirik.

Yay mövsümi ilə əlaqədar saçlarımızda müəyyən problemlər yaranır. Hava isti olduğundan saçlarımız tez yağlanır. Duzlu və xlorlu suya girəndə saçlarımız problem yaşayır. Xanımlara məsləhət görürük ki, keratin düzləşdirmə prosedurlarını saçlarına tətbiq etsinlər. Belə ki, yağlanan saçı hər gün yuyur, feni ilə düzləşdirməyə məcbur oluruq. Amma keratin, molekulyar düzləşdirmə prosedurları bu problemi aradan qaldırır və saçlara daha sağlam, canlı görüntü verir. Yay fəslində saçlara mütləq şəkildə qulluq vacibdir. Günəş şüalarının təsiri ilə saçlar quruyur, saçqıranlar əmələ gəlir. Şampun və maskalar saç tipinə uyğun olaraq seçilməlidir. Üzə necə qulluq ediriksə, saçlarda qulluq tələb edir. Çünki biz xanımların ən bahalı aksesuarı saçlarımızdır. Hər bir xanım özünü sevməli və dəyər verməlidir".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
460 455 475 414 428 482

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.