ice berg

ice berg Maraqlı 12-08-2023, 19:00

Dünyanın ən təhlükəli və ən təhlükəsiz şəhərləri

Dünyanın ən təhlükəli və ən təhlükəsiz şəhərləri
“Numbeo” Tədqiqat İnstitutunun reytinqinə əsasən, Siciliyadakı Kataniya şəhəri Avropanın ən təhlükəli şəhəri hesab olunub.

Loading.aZ xarici KİV-lərə istinadla xəbər verir ki, qitənin ən təhlükəli şəhərləri arasında ilk üçlükdə Marsel (Fransa), Birminqem və Koventri (Böyük Britaniya) yer alıblar. Top 10-a, həmçinin Şarlerua (Belçika), Neapol (İtaliya), Monpelye (Fransa), Lyej (Belçika), Qrenobl və Nant (hər ikisi Fransa) daxil edilib.

Reytinq bir neçə meyar üzrə tərtib olunub. Real olaraq ölçülə bilən cinayətkarlıq səviyyəsi ilə yanaşı, subyektiv qavrayış, məsələn, evlərin yarılması, oğurluq və ya hücum qorxusu da nəzərə alınır.

Bern, Münxen və Sürix Qərbi Avropada ən təhlükəsiz şəhərlər hesab olunub.

Dünyada ən təhlükəli şəhər isə Venesuelanın paytaxtı Karakasdır. Sonrakı yerlərdə Pretoriya (CAR), Port-Morsbi (Papua-Yeni Qvineya) və Durban (CAR) qərarlaşıb.

“Numbeo”nun məlumatına əsasən, Birləşmiş Ərəb Əmirliklərində Əbu-Dabi və Əcman şəhərləri dünyada ən təhlükəsiz şəhərlərdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
445 417 379 427 388 395

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.