ice berg

ice berg Sağlamlıq 21-08-2023, 19:00

Arıqlamağa kömək edən vitaminlərlə zəngin məhsul

Arıqlamağa kömək edən vitaminlərlə zəngin məhsul
Arıqlamaq istəyənlər gündəlik qida rasionuna pomidor əlavə etməlidirlər.

Loading.aZ “Rosbalt”a istinadən xəbər verir ki, bunu dietoloq İqor Strokov deyib.

Onun sözlərinə görə, pomidorun 100 qramında cəmi 21 kalori var.

Bundan əlavə, onun tərkibində çoxlu kalium var ki, bu da detoksifikasiya xüsusuiyyətinə malikdir.

Pomidor həmçinin orqanizmdə suyun balanslaşdırılmasına və artıq sidik turşusunu daha asan emal etməyə kömək edir və tərkibindəki çoxlu miqdarda mineral və vitamin maddələr mübadiləsini sürətləndirir və immunitet sistemini gücləndirir.

Həkimin sözlərinə görə, pomidor həm də dərinin vəziyyətini yaxşılaşdırır.

Tərkibində ultrabənövşəyi şüalardan qoruyan likopen var.

Bundan əlavə, pomidor dərinin qocalmasını və qırışların qarşısını ləngidir.

Eyni zamanda pomidorun tərkibində olan likopen prostat vəzi və döş xərçəngi riskini azaldır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
365 381 376 376 310 342

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.