Xaliq

Xaliq Sevgi 4-08-2017, 11:37

Oysa sənin yerin buradır❤

Oysa sənin yerin buradır❤
Oysa sənin yerin buradır❤




Hərdən olduğum məkanda var oluşumu unudub gözlərimi bağlayıram. Unutmaqdan qorxduğum amma hələ də əzbərimdə olan o qoxunu yadıma salmağa çalışıram. Barmaqlarımın arasında barmaqlarının dolaşmasını. Saçlarının küləkdə xəfifcə titrəməsini. Güləndə göz ətrafında yaranan qırışları. Dərinin dərimə toxunuşunu. Əllərinin istiliyini...
Səni xəyalımda canlandırmaq o qədər asandır ki. Hətta bəzən düşünürəm ki, xəyalın gerçəyindən daha çox xoşbəxt edir. Sonra gözlərimi açdığımda ətrafımda gördüyüm hər şey üzərimə doğru hərəkət edir. Daş divarlar bir-bir üzərimə yıxılır sanki. Göyüzü yerə yaxınlaşır , ulduzlar hər an düşəcəkmiş kimi zəifcə parlayır. Sənin burda olmayışın o qədər çətindir ki. Əlbət məsafə əngəl deyil heç nəyə. Fəqət insan hərdən dəli kimi darıxıb qucaqlaya bilmədiyindən acılar içində qıvrıldığı halda , sıradan insanların o'nu hər gün görməyinə üzülür. Həm də çox üzülür. Sonra məsafələri söyür. Sevməyə deyil , sarılmağa əngəl olan hər şeyi lənətləyir. Oysa sənin yerin buradır. Tam bura. Yatağımın sol yanı. Məsafələri dərt etmirəm. Bir xəyal qədər uzağımdasan. Fəqət.... Bax bunları yazarkən udqunmam 10 saniyəmi aldı. Deyəcəyim o ki, məsafələrlə sevirəm səni , fəqət bir bilsən necə özləmişəm. İzah olunacaq kimi deyil. Səbr edəcək kimi heç deyil

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
592 671 592 479 546 549

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.