ice berg

ice berg İdman 25-08-2023, 13:00

Azərbaycan boksçularından Rusiyada 7 medal

Azərbaycan boksçularından Rusiyada 7 medal
Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında boksçuların mübarizəsinə yekun vurulub.

Federasiyadan verilən məlumata görə, Azərbaycan milli komandası yarışı 1 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub.

Dünən baş tutan finalda Nicat Hüseynov (54 kq) rusiyalı Roman Osipovla döyüşüb. O, rəqibini məğlub edərək çempion tituluna yiyələnib.

Marjona Savriyeva (50 kq), Tural Sarıyev (51 kq) və Fərhad Şeydayev (75 kq) həlledici görüşdə məğlub olduqlarından gümüş medal qazanıblar.

Beləliklə, yığma Beynəlxalq Universitet İdman Festivalını 7 medalla bitirib. Daha öncə Mehparə Məmmədova (48 kq), Zeynəb Rəhimova (54 kq) və Şəmsi Şahbazov (71 kq) bürünc mükafata sahib olub.

Qeyd edək ki, avqustun 31-də başa çatacaq Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
382 341 371 394 334 362

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.