HASANLY

HASANLY İdman 30-08-2023, 13:25

“Qarabağ” qapıçısı ilə yolları ayıra bilər

“Qarabağ” qapıçısı ilə yolları ayıra bilər
Andrey Lunyovun transferindən sonra “Qarabağ” qapıçılarından biri ilə yollarını ayıra bilər.

Loading.Az Oxu.Az-a istinadən xəbər verir ki, Ağdam klubunda Luka Quqeşaşvili yol üstündədir. Gürcüstanlı qapıçı heyətə düşə bilməyəcəyinə görə narahatdır.

Hazırda “Qarabağ”ın dörd qapıçısı var. Lunyovla Quqeşaşvilidən başqa, Şahruddin Məhəmmədəliyev və Amin Ramazanov da “çərçivə”ni qorumağa iddialıdırlar. Yaxın zamanda Lunyovun əsas, Məhəmmədəliyevin ikinci qapıçı olacağı ehtimal edilir.

Belə vəziyyətdə Quqeşaşvili komandanı tərk etməyi düşünür. Klub hələlik qərar verməyə tələsmir. Çünki uzun müddət futbolsuz qalan Lunyovun özünü necə göstərəcəyi tam bəlli deyil. Məhəmmədəliyev isə çoxsaylı səhvləri ilə ona olan etimadı itirib. Ağdam təmsilçisi bir qədər səbirli olmaq niyyətindədir. Ancaq klubda da anlayırlar ki, heyətdə iki əcnəbi qapıçı çoxdur və bu, gec-tez oynamaqla bağlı narazılığa səbəb ola bilər.
Qeyd edək ki, Quqeşaşvili 2022-ci ilin yanvarından “Qarabağ”ın formasını geyinir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
375 373 343 314 301 332

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.