Dərin şairləri sevmək çətindi
- Gözünü qırpmadan sənçün öləni,
Sən göz qırpımında atıb gedərsən.
Səni qəlb taxtında Yusif biləni
Sən qul bazarında satıb gedərsən..
Mən dərddən qorxmuram, səbrim mətindi,
Qorxduğum yırtıcı tək həsrətindi.
Dərin şairləri sevmək çətindi,
Üzmək bacarmasan, batıb gedərsən..
Ey xəyal, səssiz gəl, lal qonağım ol,
Yarımı yadıma sal, qonağım ol.
Gözümün üstündə qal, qonağım ol,
Gecədi, yol çıxma, yatıb gedərsən..
- Vüqar Biləcəri..
Sən göz qırpımında atıb gedərsən.
Səni qəlb taxtında Yusif biləni
Sən qul bazarında satıb gedərsən..
Mən dərddən qorxmuram, səbrim mətindi,
Qorxduğum yırtıcı tək həsrətindi.
Dərin şairləri sevmək çətindi,
Üzmək bacarmasan, batıb gedərsən..
Ey xəyal, səssiz gəl, lal qonağım ol,
Yarımı yadıma sal, qonağım ol.
Gözümün üstündə qal, qonağım ol,
Gecədi, yol çıxma, yatıb gedərsən..
- Vüqar Biləcəri..







