ice berg

ice berg Programlar 31-08-2023, 17:00

Whatsapp-ın desktop tətbiqi ilə bağlı YENİLİK

Whatsapp-ın desktop tətbiqi ilə bağlı YENİLİK
Whatsapp tərtibatçıları elan ediblər ki, yenilənmiş Whatsapp tətbiqi artıq macOS istifadəçiləri üçün də istifadəyə verilib. Hələ bir neçə müddət bundan öncə yenilənmiş Whatsapp tətbiqi Windows-da istifadəyə verilmişdi. İndi isə növbə macOS istifadəçilərinə çatıb. Məlumatda qeyd edilib ki, macOS üçün istifadəyə verilmiş yenilənmiş Whatsapp qrup audio və videozənglərini dəstəkləyir.

Audio zənglərdə maksimum 32 nəfər, videozənglərdə isə 8 nəfər iştirak edə bilər. MacOS istifadəçiləri həmçinin zənglərin tarixçələrinə nəzər yetirə, tətbiqin deaktiv olduğu zamanlarda da zənglər barəsində bildirişləri əldə edə, bu və ya digər faylı bir çatdan digərinə sürüşdürərək paylaşa bilərlər. MacOS üçün nəzərdə tutulmuş yenilənmiş Whatsapp-ı artıq messencerin rəsmi saytından yükləmək mümkündür. Yaxın zamanda isə o həmçinin App Store-da təqdim ediləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
462 507 410 405 445 354

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.