ice berg

ice berg Ana və uşaq 5-09-2023, 10:00

Uşaqlarda mövsümi depressiya nə ilə əlaqədardır?-AÇIQLAMA

Uşaqlarda mövsümi depressiya nə ilə əlaqədardır?-AÇIQLAMA
"Fəsil dəyişkənliyi, insanın əhval-ruhiyyəsinə, duyğularına, enerjisinə, yuxu və iştahına təsir edə bilir. Payız və qış fəsillərində orqanizmdə melatonin hormonunun daha uzun müddət ifraz olunması enerjinin depolanmasını prosesini başladırki, bu da daha çox qida qəbulu və yuxuya səbəb ola bilir. Günəş işığının azalması və qapalı məkanlarda daha çox vaxt keçirmə ilə əlaqədar olaraq, serotonin hormonunun səviyyəsinin azalması duyğularımıza əhval ruhiyyədə düşkünlüyə səbəb ola bilir. Bütün bunların sayəsində depressiv əhval ruhiyyə bəzən qaçınılmaz olduğu kimi özüylə depressiv pozuntunu da gətirir. Fəsil dəyişkənliyi ilə əlaqədər əhval-ruhiyyədə dəyişiklik təkcə yetişkinlərdə deyil, eləcə də uşaq və yeniyetmələrdə özünü göstərir".

Bu sözləri açıqlamasında psixoloq Ayşən Bayramova deyib. Psixoloq bildirib ki, kiçik uşaqlarda simptomlar daha çox qarın ağrısı, baş ağrısı kimi psixosomatik problemlərlə meydana çıxır: "Eyni zamanda diqqət və mərkəzləşmənin zəifləməsi, kilo artımında irəliləyişin olmaması, ayrılma təşvişi, məktəbə getməkdən imtina, akademik problemlər uşağın depressiv pozuntudan əziyyət çəkməsinin nəticəsində ola bilir".

Ayşən Bayramova qeyd edib ki, uşağın və ya valideynin depressiyadan əziyyət çəkməsi ikitərəfli təsir içərisindədir:" Belə ki, depressiv uşaq, əsasən, anada günahkarlıq və yetərsizlik düşüncələri yaradaraq, depressiyanı tətikləyir. Depressiv valideyn isə (ana), uşağa yetərli və keyfiyyətli zaman verməkdə çətinlik çəkir, eləcə də uşağa qarşı aqressiv yanaşma sərgiləyə bilir. Buna görə də, uşaqların psixi sağlamlığı üçün valideynlərdə öz psixi sağlamlığının qeydinə qalmalıdır. Depressiv vəziyyətlə başa çıxmaq üçün isə davranış və fəaliyyətlərin aktiv hala gətirilməsi, fiziki aktivlik, sosiallaşmanın artırılması faydalı ola bilməkdədir".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
451 497 370 366 412 403

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.