ice berg

ice berg Müxtəlif 5-09-2023, 22:00

"Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim"

"Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim"
Hərdən olur ki, özümü dünyanın bir küncündə unudulmuş hiss edirəm. O qədər yorulmuşam ki, yorğunluğumu belə ifadə edə bilmirəm. Ətrafıma baxdıqda yalnızlıqdan başqa heçnə görmürəm. Çox istərdim ki, 3-5 il əvvələ geri dönmək şansım olsun. Hər yeni bir gün mənim üçün yeni bir əyləncə demək idi. Gülmək hobbim olmuşdu. Biri "nə qədər gülürsən, az gül biraz" deyəndə xətrimə dəyərdi, inciyərdim həmişə. Lakin indi o sözlər üçün darıxıram. Zaman mənimi dəyişdi, insanlarımı anlamıram. İllər keçdikcə xoşbəxtliyim zərrə qədər artmır, əksinə daha da azalır. Hər gecə boş divarlara baxıb, özüm-özümlə danışıram. "Görəsən harda səhv elədim?" - sualı hər gecə beynimdə fırlanır. Cavab tapa bilmirəm. Həmişə tez böyümək istəyirdim. İndi böyümüşəm, amma kaş böyüməzdim, hərzaman uşaq qalardım. Bir cümlə var ha: "Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim"- bax bu cümlə mənim hal-hazırda gerçəkləşməsini isdədiyim ən böyük arzularımdan biridir. 🤎

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
563 504 506 537 486 457

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.