ice berg

ice berg İdman 6-09-2023, 17:00

"Qarabağ" təsdiqlədi - Şahruddin Türkiyəyə gedir

"Qarabağ" təsdiqlədi - Şahruddin Türkiyəyə gedir
Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyə Superliqası təmsilçisi "Adana Demirspor"la danışıqlar üçün sabah qardaş ölkədə olacaq. Bu barədə "Qafqazinfo"ya "Qarabağ"ın idman direktoru Əmrah Çəlikəl məlumat verib.

O bildirib ki, hər şey qolkiperin istəyindən asılı olaraq müəyyənləşəcək: "Təklif gəldi və Şahruddin hazırda bunu dəyərləndirir. Sabah son danışıqlar üçün Türkiyə klubunun düşərgəsində olacaq. Əgər tam razılıq olarsa, müqavilə imzalanacaq və qapıçı orada qalacaq. Onun komandamıza çox böyük faydası dəyib. Hər zaman Şahruddindən razı olmuşuq, bu gün də elədir. Amma istənilən halda qərarı özü verəcək".

Klub rəsmisi futbolçunun transferi məbləği olmadan "Adana Demirspor"a keçəcəyi xəbərinə isə belə münasibət bildirib: "Hələ ki, bu barədə danışıq olmayıb. Biz onun karyerasının yaxşı olmasına sevinərik. Əgər Türkiyədə qalıb oynamaq istəsə, biz ona mane olmayacağıq".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
409 324 363 400 391 399

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.