Hamı insan olar, məsələn, sən adam ol, ya da sadəcə sən ol..
• Hamı kimi olma, məsələn sən yağışı sevdiyin kimi, palçığı da sev, ya da kəskin soyuqda yağan qarı. Sakit, mülayim havanı hamı sevər, məsələn, sən fırtınanı sev. Baharı deyil də, qışı sev. Unutmağı hər kəs bacarmır, sən elə gözəl unudarsan ki... Unudulanın ruhu belə incimədən unut. Ya da dəlicəsinə sev, elə sev ki, sevilən sevgindən dəliyə dönsün. Anidən şəhəri tərk elə, məsələn, heç düşünmədiyin bir şəhərə get səssizcə. Amma hamı kimi dönüşsüz olma, tərk edilişin bir də geriyə dönüşü olsun. Ya da sıradan bir gündə dəlilik elə, məsələn yüksək mərtəbəli bir binanın ən sonuncu qatına çıx saatlarla ayağının altındakı şəhəri seyr et. Bir gecə yarısı qonşu binada işığı hələ sönməyən bir pəncərədən boylanan adamla göz-gözə gəl, bax sadəcə, gözlərini qırpma, qaranlığın şahidliyi ilə hüzur ver qarşındakına.. Səssiz bir otaqda günlərlə sus, danışma, sadəcə hiss et. Bir səhər oyandığında içdən bir mahnı oxu, düşünmə səsin yaxşıdır, ya pis, nə fərqi var, sadəcə oxu. Sonrasında rəqs et aynanın qarşısında, qollarını havaya qaldır və gözlərini yumaraq ayaq barmaqların üzərində hiss et bütün sızıltılarını... Çıx eyvana, yandır bir siqaret, yerləşdir ruhunu sevdiyin ya da nifrət etdiyin obrazın cisminə. Bir səhər oyandığında toplama yatağını dağınıq qalsın, pərdəni sıyırma, günəş ya da buludlar dolmasın otağına. Yeriyərkən işə tələsən bir adamın üzünə təbəssüm qondur, çaşdır, təəccübləndir. Nə olduğunu anlamasın, sən bilirsən içindəkini bu yetər. Məsələn, hamı kimi komediya filmi izləmə, təkbaşına baxdığın bir dramda tap özünü.. Hər kəs rahatlığı sevər, sən acını sev, çətini sev. Çətin olandan qorxmaq əvəzinə, onun üzərinə get. Hamı insan olar, məsələn, sən adam ol, ya da sadəcə sən ol..







