KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 8-09-2023, 14:00

Sumqayıtda məşqçisi tərəfindən öldürülən məktəblinin anası məhkəmənin qapalı keçirilməsini istəyib

Sumqayıtda məşqçisi tərəfindən öldürülən məktəblinin anası məhkəmənin qapalı keçirilməsini istəyib


Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

Qətlə yetirilənin yaxınları prosesin açıq keçirilməsinə etiraz ediblər. Bildiriblər ki, ötən prosesdə telekanallardan birinin prosesi çəkib yayması uşağın anası barədə mənfi rəy yaradıb.

Təqsirləndirilən şəxsin vəkili Anar Qasımlının sözlərinə görə, onlar məhkəmənin açıq keçirilməsinə və çəkiliş aparılmasına etiraz etmirlər:

"Əgər proses çəkilirsə, axıra qədər çəkilsin. Müvəkkilimə qarşı çox ağır ittihamlar irəli sürülüb. Bir sıra həqiqətlərin üzə çıxması üçün çəkiliş istəyirik. Əgər məhkəmənin hansısa hissəsi çəkiləcəksə, istəmirik. Çəkiliş aparılırsa, bütün proseslər ictimailəşdirilsin. Çünki hadisə ilə bağlı yayılmış qısa video ictimaiyyətin qəzəbinə səbəb olub. Bu da sonda təqsirləndirilən şəxsə çox ağır ittihamların verilməsi ilə nəticələndi. Amma işin içində ictimaiyyətə məlum olmayan faktlar var. Elə faktlar var ki, onları ictimaiyyət bilmir. O faktlar açıqlanarsa, məhkəmə prosesi təqsirləndirilən şəxsin xeyirinə həll oluna bilər. Ona görə də bütün proseslərin çəkilməsini istəyirik".

Qətlə yetirilənin anası Aynurə Məlikova isə prosesin qapalı keçirilməsini istəyib:

"Bu işdə mənimlə Mehman Xəlilov arasında söhbətlər var. Bu məsələ bizim ikimizə aiddir. Ona görə də istəyirik ki, proses qapalı keçirilsin".

Məhkəmədə yerində müşavirə keçirilib və prosesin qapalı keçirilməsi barədə qərar verib. Məhkəmə heyəti hesab edib ki, cinayət işində Aynurə Məlikova ilə Mehman Xəlilov arasında yazışmalar olub və bu prosesdə şəxsi və ailə məsələləri var.

İş üzrə növbəti məhkəmə prosesi sentyabrın 21-də davam etdiriləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
292 323 324 341 291 338

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.