ice berg

ice berg Xəbərlər 11-09-2023, 17:36

11 sentyabr terrorundan 22 il ötür

11 sentyabr terrorundan 22 il ötür
Bu gün 11 sentyabr terror aktından 22 il ötür. ABŞ-ın Nyu-York şəhərindəki Dünya Ticarət Mərkəzinin ekiz binaları, eləcə də Pentaqon-un paytaxt Vaşinqtondakı mərkəzi iqamətgahının binasına sərnişin təyyarələrindən istifadə etməklə kamikadze hücumlar törədilib.

Loading.aZ xatırladır ki, bu terror hadisəsi nəticəsində 2996 nəfər ölüb, 6 minə yaxın insan yaralanıb.

Yerli vaxtla saat 08:46-da Amerika hava yolları şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpıldı. 18 dəqiqə sobra isə Cənub qülləsi bənzər hücuma məruz qaldı.

Bundan əavə Pentaqonun binasına hücum nəticəsində təyyarədəki 58 sərnişin, 6 ekipaj üzvü və Pentaqonun 125 əməkdaşı həlak olub.

Qeyd edək ki, terror qurbanlarından hələ mindən yuxarı nəfərin şəxsiyyəti müəyyənləşdirilməyib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
391 276 246 329 273 355

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.