ice berg

ice berg Programlar 14-09-2023, 13:00

"WhatsApp"-ın fəaliyyəti dayandırıla bilər

"WhatsApp"-ın fəaliyyəti dayandırıla bilər
"WhatsApp" messenceri Rusiyada bloklana bilər.

Loading.aZ yazır ki, buna səbəb messencerin funksionallığının genişləndirilə biləcəyi xəbərləridir.

"WhatsApp"-a "Telegram" -da olduğu kimi kanallar yaratmaq imkanı əlavə ediləcək.

Kanallar 150-dən çox ölkədə istifadəçilər üçün əlçatan olacaq və insanlara onları maraqlandıran məlumatları məxfi olaraq almağa kömək edəcək.

"Meta" şirkətinə məxsus "Instagram" və "Facebook" artıq Rusiyada bloklanıb.

"WhatsApp" üçün istisna edilib. Buna səbəb isə tətbiqin məlumatların yerləşdirilməsi platforması deyil, məhz messencer olmasıdır.

"Meta"-nın məhsulu informasiyanın kütləvi yayılması istiqamətində funksionallığını genişləndirməyə başlayarsa, onun Rusiya ərazisindəki fəaliyyəti ilə bağlı rəsmi mövqeyə yenidən baxıla bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
434 478 418 449 335 476

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.