ice berg

ice berg Xəbərlər 17-09-2023, 12:00

Ərzaq qiymətləri ilə bağlı xoş xəbər - Bu tarixdən ucuzlaşa bilər

Ərzaq qiymətləri ilə bağlı xoş xəbər - Bu tarixdən ucuzlaşa bilər
Beynəlxalq reytinq agentliyi olan "Fitch Ratings" Azərbaycanda inflyasiya səviyyəsinin 2023-2024-cü illərdə azalacağını proqnozlaşdırıb.

Loading.aZ Trend-ə istinadən xəbər verir ki, illik inflyasiyanın azalması manatın Azərbaycanın Türkiyə və Rusiya kimi əsas ticarət tərəfdaşlarına nisbətdə nominal effektiv bahalaşması və dünyada ərzaq qiymətlərinin ucuzlaşması ilə əlaqəlidir.

Buna baxmayaraq, ərzaq və qeyri-ticari məhsullar (əsasən xidmətlər) üzrə təzyiqlər güclü olaraq qalmaqdadır.

"İllik inflyasiyanın 2023-cü ilin sonuna qədər Azərbaycan Mərkəzi Bankının (AMB) hədəf diapazonu tavanına (4±2%) yaxınlaşacağını proqnozlaşdırırıq. Beləliklə, orta inflyasiya 2023-cü ildə 10,1%-ə, 2024-cü ildə isə 6%-ə qədər azalacaq", - agentliyin məlumatında deyilir.

Qeyd edək ki, "Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini (EDR) müsbət proqnozla "BB+" səviyyəsində təsdiqləyib.

"Fitch Ratings Inc." dünyanın ən nüfuzlu reytinq agentliklərindən biridir. Agentliyin məqsədi müştəriləri üçün qərar qəbulunun effektivliyini artırmaq və biznes riskləri azaltmaq məqsədilə biznes analitikasının təqdim olunmasından ibarətdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
313 292 303 319 308 292

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.