Abbas Məmmədov

Abbas Məmmədov Şeirlər 17-09-2023, 12:30

Kaş mənim həyatımda heç olmazdın

Kaş mənim həyatımda heç olmazdın
Gecə gündüzə qarışıb,sən yoxsan
Otaq boşdu,zəng gəlmir
Buz döşəmələr,pəncərəm pərdəli
Sənin incə əllərin,
Sənin incə əllərin məni isidərdi
Kobud qollarım səni qoruyardı
Şirin sözlərin məni yaşadardı
Keçmişə bir günlük qayıdardım,
Mən qayıdardım
Dəyişərdim,Tanımazdım
Kaş mənim həyatımda heç olmazdın
Kaş ləpələr sahilə gəlməzdi
Kaş sahil dənizini sevməzdi
Onda dalğalar da geri dönməzdi
Bala balığlar quruda ölməzdi
Qələm əllərimdə kül olsada gülmürəm
Sənsiz ölərəm deyirdim ama ölmürəm

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
542 452 510 401 437 454

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.