KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 19-09-2023, 11:00

İctimai fəal Taleh Xasməmmədovun saxlanıldığı bildirilir

İctimai fəal Taleh Xasməmmədovun saxlanıldığı bildirilir
G. Xasməmmədovanın sözlərinə görə, şahidlər iki nəfərin ona yaxınlaşdığını görüblər. Bundan sonra polis əməkdaşları dərhal gələrək onu saxlayıblar.
Dövlət hesabına vəkil ailəyə bildirib ki, Xasməmmədov İsmayıllı və Bakının iki sakininin şikayəti əsasında saxlanılıb, guya fəal onlara hücum edib.
“Əvvəlcə bizə dedilər ki, “xuliqanlıq” maddəsi üzrə işi başlanıb, sonra dedilər ki, hələ araşdırma aparılır”, - Xasməmmədova qeyd edib.
O deyib ki, oğlu hüquq-müdafiə işilə məşğul olub, ancaq hökuməti tənqid etməyib.
Xatırladaq ki, əvvəllər Taleh Xasməmmədov iki dəfə, xuliqanlığa və bir nəfəri döydüyünə görə mühakimə edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Hər dəfə əfv ilə vaxtından əvvəl azadlığa çıxıb.
2018-ci ildə ona qarşı zorla tələb etmə ittihamı ilə üçüncü cinayət işi açılıb, lakin sonradan sərbəst buraxılıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
340 346 338 345 317 386

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.