KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 19-09-2023, 14:00

Beynəlxalq axtarışda olan 3 nəfər Azərbaycana gətirildi

Beynəlxalq axtarışda olan 3 nəfər Azərbaycana gətirildi
Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda mənimsəmədə təqsirləndirilən Gülnarə Xəlilovanın və informasiya texnologiyalarından istifadə etməklə oğurluqda təqsirləndirilən Cavanşir Rüstəmzadənin istintaqdan qaçıb gizləndiklərinə görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluqda təqsirləndirilən Vüsal Quliyev isə məhkəmə istintaqından yayındığına görə barələrində beynəlxalq axtarış elan olunub:
“Həmin şəxslər Rusiya ərazisində saxlanılaraq cari il sentyabrın 14-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib”.
Həmçinin bildirilib ki, qeyd olunan tarixdə, Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən və həmin dövlətin hüquq-mühafizə orqanları tərəfindən dövlətlərarası axtarışa verilən Rusiya vətəndaşı Nazim Süleymanov cari ilin iyunun 12-də ölkəmizdə müəyyən edilib:
“Onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsi barədə Rusiya Baş Prokurorluğunun vəsatəti yuxarıda göstərilən Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edildiyindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə sorğu edən dövlətin səlahiyyətli orqanlarına təhvil verilib”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
309 290 301 303 288 312

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.