Fransa səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırıldı
Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
“Sentyabrın 18-də Fransa Respublikasının Rusiya Federasiyasındakı səfiri Pyer Levi Fransa hakimiyyəti nümayəndələrinin RİA Novosti müxbirlərinə qarşı ayrı-seçkilik və açıq şəkildə rusofob hərəkətləri ilə əlaqədar kəskin etirazını bildirmək üçün Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Yeni Dehlidə keçirilən G20 sammitində “Rusiya xəbərləri”nin baş redaktoru Fransa prezidenti Makronun mətbuat konfransına girişi kobud şəkildə qadağan edilib”, – diplomatik departament qeyd edib.
Qeyd olunub ki, bununla əlaqədar olaraq, Fransa səfirinin simasında ölkə hakimiyyətinə KİV-ə qarşı təzyiq və ayrı-seçkilik hərəkətlərinin dayandırılması tələbi ilə müraciət edilib.