ice berg

ice berg Mətbəx 22-09-2023, 14:00

Yerkökü Salatı – Havuç Salatası

Yerkökü Salatı – Havuç Salatası
4 pay üçün

Ərzaqlar
8 ədəd yerkökü
5 xörək qaşığı zeytun yağı
Təxminən 2 stəkan qatıq
4 diş sarımsaq
Duz
Doğranmış şüyüd, bəzəmək üçün (mütləq deyil)
Hazırlanması
Yerkökülərin qabığını soyun və sürtkəcin iri dişindən keçirin
Tavada zeytun yağını qızdırın.
Yerkökünü yağa əlavə edib, tez-tez qarışdıraraq yerkökülər yumuşalanadək təxminən 10 dəqiqə bişirin. Yerkökülər bir qədər diri qalmalıdırlar. Kənara çəkib, yerköküləri iri qarışdırma qabına qoyub soyudun.
Sarımsağı əzin. Bir qabda qatıqla sarımsağı qarışdırın və soyumuş yerköküyə əlavə edin.
Zövqə görə duz vurun və yaxşıca qarışdırın.
Lazımdırsa, bir az da qatıq qatın – salat quru olmamalıdır.
Salatı bir az soyuducuda saxlayın.
Süfrəyə verməzdən əvvəl, istəyə görə üzərinə şüyüd səpə bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
547 449 481 493 485 513

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.