Stolun üstündəki “dubinkanı” göstərib, onunla hədələdilər”
Ötən il Sumqayıtda divarlara “Allahı söyənlər cəzalandırılsın!” şüarı yazandan sonra inzibati qaydada həbs olunan Müsəlman Birliyi Hərəkatının fəalı Nicat Əliyevə sentyabrın 22-də hökm oxunub.
Yeniavaz.com Meydan TV-yə istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyilə çıxarılan hökmə əsasən, dini inanclı fəal narkotik ittihamıyla 5 il azadlıqdan məhrum edilib.
Hökmdən əvvəl Nicat Əliyevin vəkili çıxış edib, özü son sözünü deyib. Hər ikisi çıxışlarında onun təqsirsiz olduğunu vurğulayıblar.
Vəkil Şəhla Hümbətova bildirib ki, Nicat Əliyevə qarşı irəli sürülmüş ittiham əsassızdır. Vəkilin sözlərinə görə, istintaq dövründə müvəkkilinin hüquqları pozulub. Şəhla Hümbətova bununla bağlı məhkəmənin də yetərincə araşdırma aparmadığını, qaldırılan vəsatətlərin təmin olunmadığını yada salıb:
“Vəkilin mobil telefonunun anten məlumatlarıyla bağlı vəsatət qaldırdım, təmin olunmadı. Hal şahidinin anten məlumatlarıyla bağlı vəsatət qaldırdım, təmin olunmadı. Halbuki, o adamların həmin vaxt həqiqətən orada olub-olmadığını müəyyənləşdirmək üçün bunları araşdırmaq vacib idi, lakin məhkəmə etmədi”.
Nicat Əliyev də son sözündə narkotik ittihamının saxta və absurd olduğunu vurğulayıb:
“Mən Allah yolunda tutulmuşam. Məni Kürdəxanıya aparandan sonra qaldığım kameraya rəis özünə bir neçə dəfə xəsarət yetirmiş adamı göndərdi ki, onunla danışım, əl çəksin bu işdən. Təsəvvür edin, bizim kameradakılardan 7 nəfər namaz qılmağa başladı. Narkotiklə məşğul olan adam bunları edər?”.
O bildirib ki, tutulanda təzyiq altında etiraf ifadəsinə imza atmağa məcbur olub:
“Stolun üstündəki “dubinkanı” göstərib, onunla hədələdilər”.
Nicat Əliyev bildirib ki, ləyaqətini qorumağı üstün tutub.