KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 23-09-2023, 18:30

Ceyhun Bayramov TDT XİN başçılarını antiterror tədbirləri barədə məlumatlandırdı

Ceyhun Bayramov TDT XİN başçılarını antiterror tədbirləri barədə məlumatlandırdı
Sentyabrın 22-də Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında çıxış edib.
Loading.aZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir Ceyhun Bayramov görüşdə iştirakından məmnunluq duyaraq Nyu Yorkda Türk evində iclasın yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə qardaş Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidana minnətdarlığını bildirib.
Nazir Ceyhun Bayramov üzv dövlətlər arasında qarşılıqlı etimadın qurulmasında dövlət başçılarımızın rolunu xüsusi qeyd edib, onların sıx təmaslarının və dostluq münasibətlərinin əlaqələrin inkişaf dinamikasını şərtləndirdiyini, beynəlxalq aləmdə uğurlu qarşılıqlı fəaliyyətə töhfə verdiyini bildirib.
Görüşün gündəlikdəki əsas məsələləri müzakirə etmək üçün daha bir fürsət olaraq dəyərləndirən nazir Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının hazırda inkişaf dövrünü yaşadığını, tam gücü ilə fəaliyyətini davam etdirdiyini, üzv dövlətlər arasında əməkdaşlığın daha da genişləndiyini, təşkilatın beynəlxalq səviyyədə rolunun yüksəldiyini məmnunluqla vurğulayıb. Bu xüsusda, Türk Dövlətləri Təşkilatı Katibliyinin heyətinin, xüsusilə baş katib cənab Kubaniçbek Ömüralıyevin fəaliyyətinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Çıxışda Özbəkistanın uğurlu sədrliyi vurğulanıb, 2023-cü il noyabrın 3-də Qazaxıstanda keçiriləcək Dövlət Başçılarının 10-cu Zirvə Görüşünün ən yüksək səviyyədə təşkil olunacağına əminlik ifadə olunub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
439 387 367 365 364 324

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.