n2006

n2006 Sağlamlıq 28-09-2023, 13:40

Bu çayla soyuqdəymədən qorunun

Bu çayla soyuqdəymədən qorunun
avaların soyuduğu ərəfədə qrip ən çox rast gəlinən xəstəlikdir. Bunun üçün də orqanizmi sağlam tutmağa, virusdan qorunmağa çalışmaq lazımdır. Ədviyyatlar güclü mikrob, virus və iltihab əleyhinə təsirə malikdir.

MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin rəhbəri, ailə həkimi, terapevt Nərminə Abbasova deyir ki, soyuqdəymə zamanı ədviyyatlardan istifadə nəfəs yollarını selikdən və mikroblardan təmizləyir, boğaz ağrısını azaldır, xəstənin vəziyyətini yüngülləşdirir, sağalmanı tezləşdirir.


Mütəxəssis soyuqdəymə zamanı hazırlaya biləcəyiniz faydalı ədviyyatlı içki haqqında da hazırlaya danışdı:. “Kiçik termosa 1/2 ç.q. sarıkök, 1/2 ç.q. darçın, sürtgəcdən keçirilmiş zəncəfil kökü (3-4 sm uzunluqda), üzərinə yarım l isti su tökün, 1 saat termosda dəmləyin. Sonra dəmləməni yaxşı süzün və gün ərzində bir neçə dəfə yarım stəkan olmaqla ilıq halda için. Qəbul etdikdən əvvəl dəmləməyə bal və limon əlavə edin.”

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
466 407 396 441 399 390

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.