KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 28-09-2023, 18:20

Ermənistanın bu addımı Rusiyaya qarşı düşmənçilikdir”

Ermənistanın bu addımı Rusiyaya qarşı düşmənçilikdir”
Ermənistan çox yaxşı bilir ki, biz Roma Statutunun tərəfləri deyilik və Ermənistan bunun əsasında qəbul edilmiş çətin qərardan (Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinin həbsinə order verməsindən) yaxşı xəbərdardır. Biz bilirik ki, bu, Yerevana çox yaxşı məlumdur. Bu, bizim xoş qarşıladığımız bir şey deyil”, - Peskov bildirib.
Ermənistan tərəfi isə Rusiyanı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutu ilə bağlı məsələnin hüquqi həlli üçün ikitərəfli saziş imzalamağa dəvət edib.
Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeqişe Kirakosyan bildirib ki, Rusiya tərəfi belə bir sazişi imzalamaq istəməsə belə, Rusiya Prezidentinin Ermənistana səfər edəcəyi təqdirdə onun həbsi barədə danışmaq ağlabatan deyil:
“Çünki ölkə liderlərinin toxunulmazlığı var”, - o əlavə edib.
Qeyd edək ki, bu gün – sentybarın 28-də Ermənistan Parlamentinin Dövlət və Hüquq Məsələləri Daimi Komissiyası öz iclasında Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunu ratifikasiya edib.
Xatırladaq ki, sentyabrın 1-də Ermənistan hökuməti Roma Statutunu ratifikasiya üçün Milli Assambleyaya göndərib.
Həmçinin bu ilin martında Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ölkə Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib. Bir həftə əvvəl isə Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
362 371 341 311 338 301

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.