ice berg

ice berg Programlar 29-09-2023, 21:00

"Google" 5 illik tətbiqini bağlayır

"Google" 5 illik tətbiqini bağlayır
Amerikanın texnologiya nəhəngi "Google" 2018-ci ildə buraxılan "Google Podcast" tətbiqini bağlayacağını açıqlayıb.

Loading.aZ xəbər verir ki, "Google" istifadəçilərini "YouTube Music"ə köçürməyi planlaşdırır.

Məlumata görə, "Google podcast" dinləmə təcrübəsini daha mərkəzləşdirilmiş etmək üçün tətbiqi bağlamaq qərarına gəlib.

Bu dəyişiklik "Google"un podcast məzmununu "YouTube Music"ə inteqrasiya etmək planının bir hissəsidir. "Google Podcast" ilk dəfə 2018-ci ildə Android istifadəçiləri üçün əlçatan olub və daha sonra 2020-ci ildə veb və iOS platformalarına genişləndirilib.

"Podkast" dinləmə təcrübəsini "YouTube Music"ə köçürməklə, "Google" daha geniş istifadəçi bazasına podkast məzmunu təklif etməyi hədəfləyir. Amerikada "YouTube Music" istifadəçiləri pulsuz üzvlüklə podkastları dinləyə və baxa bilərlər. Bu platformada podkastları fonda oxutmaq, oflayn endirmək və ağıllı dinamiklərə yayımlamaq olar.

"Google" öz açıqlamasında podcast dinləyicilərinin 23 faizinin "YouTube"dan podkast dinləmə platforması kimi istifadə etdiyini, "Google Podcast"a üstünlük verənlərin isə yalnız 4 faizinin olduğunu bildirib.

"Google", bu dəyişikliyin "Google Podcast" istifadəçiləri üçün problemsiz keçidlə baş verəcəyini vurğulayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
490 431 438 494 489 416

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.