KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 30-09-2023, 13:00

İcra başçısı Əvəz Zeynallının məhkəməsində dindirildi

İcra başçısı Əvəz Zeynallının məhkəməsində dindirildi


“Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı və onun onunla birlikdə mühakimə olunan “Səda TV” adlı “Youtube” kanalının idarəedicisi Elnur Şükürovun məhkəməsində daha bir icra başçısı dindirilib.
Loading.aZ Meydan TV-yə istinadla xəbər verir ki, iş üzrə bu dəfə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.
İki həftə öncə isə Sabunçu rayonunun icra başçısı Adil Vəliyev Əvəz Zeynallının məhkəməsində ifadə vermişdi.
Əziz Əzizov 2006-cı ildən icra başçısı vəzifəsində çalışır. O, 12 il Cəlilabadın icra başçısı olub. 2018-ci ilin fevralında Bakının Yasamal rayonuna eyni vəzifəyə göndərilib. 2019-cu ilin noyabrından isə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısıdır.
Təqsirləndirilən şəxslərdən Elnur Şükürov da əslən Cəlilabad rayonundandır. İcra başçısı deyir ki, onu rayonda dəfn mərasimləri, tədbirlərdə çəkilişlər aparanda görüb, jurnalist kimi tanımışdı. Onun sözlərinə görə, Əvəz Zeynallını isə sosial şəbəkələrdən tanıyıb.
Əziz Əzizov deyir ki, 2022-ci ilin mayında Suraxanı rayonunda tədbirlərdən birində Elnur Şükürov ona yaxınlaşıb, Əvəz Zeynallının adından xahiş edib.
Həmin ərəfədə Bakı Şəhər İcra Hakimiyyəti Suraxanı rayonu, Hövsan qəsəbəsində sağlamlıq kompleksinin tikintisi üçün “Yaşıl mənzərə” şirkətinə 1.62 ha torpaq sahəsi ayırıb. Şirkət də əmlakı özəlləşdirmək üçün Əmlak Komitəsinə müraciət edib. Komitənin işçiləri əraziyə baxış keçirəndə məlum olub ki, sərəncamda göstərilən ərazinin bir hissəsi – təxminən 57 sot torpaq sahəsi və onun içində olan 168 kvadrat metrlik yarımçıq tikili Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
277 294 257 260 323 249

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.