İsveçrə Gülnarə Kərimovanın 1,4 milyardlıq əmlakına həbs qoydu
BBC-ə istinadla xəbər verir ki, 2005-2013-cü illəri əhatə edən istintaq çərçivəsində Kərimovanın 700 milyon funt sterlinq (təxminən 1, 45 milyard manat) dəyərindəki əmlakına həbs qoyulub.
Qeyd edək ki, Gülnarə Kərimova 2014-cü ildən mənimsəmə ittihamı ilə Özbəkistanda həbs olunub. O, Özbəkistanın telekommunikasiya sektoruna daxil olmaq müqabilində rüşvət almaqda, həmçinin İsveçrə və digər ölkələrdə yerləşən hesablar vasitəsilə çirkli pulların yuyulmasında ittiham olunur.
Gülnarə Kərimova gəlirli telekommunikasiya müqavilələri qarşılığında rüşvət alması ilə bağlı ittihamları rədd edir. Kərimova atası İslam Kərimov hakimiyyətdə olanda böyük təsirə malik idi. Onun öz zərgərlik brendi və televiziya kanalı var idi. O, həmçinin “Googosha” adı ilə pop mahnıları da çıxarmışdı.
Gülnarə Kərimova və onun şəbəkəsinə qarşı Fransa, Norveç, Hollandiya, ABŞ və İngiltərədə də məhkəmə istintaqı aparılıb.