KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 1-10-2023, 13:00

Təkbaşına ermənilərə qarşı vuruşduqdan sonra xocalıları xilas etmək üçün təslim olmuş Natiq Qasımov

Təkbaşına ermənilərə qarşı vuruşduqdan sonra xocalıları xilas etmək üçün təslim olmuş Natiq Qasımov
Sosial şəbəkələrdə Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən əsir götürülən azərbaycanlı döyüşçü Natiq Qasımovla bağlı yeni məlumatlar paylaşılır.

İtaliyalı hərbi fotoqraf Enriko Sarsininin lentə aldığı fotolarda azərbaycanlı döyüşçünün dindirilməsi prosesi əks olunub.

Dindirmədə azərbaycanlılara qarşı müharibə cinayətləri törətmiş Vitali Balasanyanın iştirak etdiyi görünür.

Xatırladaq ki, Böyük Britaniyanın "Broken Pot Media" şirkəti Natiq Qasımova həsr olunan "Oğul" sənədli filmini çəkib.

"Oğul" sənədli filmində 1992-ci ildə Qarabağ müharibəsi zamanı itkin düşən hərbi əsir Natiq Qasımovun axtarışından bəhs edilir.
Filmin rejissoru və ssenari müəllifi Karan Sinqh üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə söhbət edib.

Natiq Qasımov erməni zabitlər tərəfindən dindirilən zaman da Enriko Sarsini də orada olub. Filmdə fotoqrafın müsahibəsi də yer alır. Qırx altı dəqiqəlik filmin görüntü rejissoru Simon Stanforddur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
319 322 297 317 303 352

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.