Milyonlarla dollar rüşvət, qızıl külçələr: Ermənistanın dələduz himayədarı -
ABŞ-dəki erməni lobbisi özünün əsas dayaqlarından birini itirdi. Azərbaycan və qardaş Türkiyəni hər fürsətdə tənqid edən, erməniləri dəstəkləyən demokrat-senator Bob Menendes indi qanun qarşısında cavab verməyə hazırlaşır.
"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Dünya erməniləri kədər içindədirlər. İllər uzunu onların çirkin yalanlarının, iftiralarının, haqsız iddialarının müdafiəçisi kimi çıxış edən ABŞ Senatının Beynəlxalq əlaqələr komitəsinin sədri Robert (Bob) Menendes dələduz çıxıb. Bu, onsuz da bəlli idi. Ermənilərin haqsız kampaniyalarına, türkofob siyasətinə dəstək verən belə də olmalı idi. Korrupsiya ittihamı ilə vəzifəsindən uzaqlaşdırılan bu şəxsin cinayətlərinə onun xanımı erməniəsilli Nadin Arslanyan da şərik olub. Senatorun bəlli olan cinayəti ondan ibarətdir ki, bu şəxs Misir hakimiyyətinin xeyrinə göstərdiyi köməkliyin müqabilində rüşvət alıb. Menendes vəzifəsindən müvəqqəti uzaqlaşdırılsa da, şübhəsiz ki, bu, onun karyerasının sonu deməkdir. Azərbaycan və qardaş Türkiyəni hər fürsətdə tənqid edən, erməniləri dəstəkləyən demokrat-senator indi qanun qarşısında cavab verməyə hazırlaşır.