KiBirLi_PrenS.

KiBirLi_PrenS. Məsləhətlər 2-10-2023, 17:00

Pula qənaət etməyin ən effektiv yolları açıqlandı

Pula qənaət etməyin ən effektiv yolları açıqlandı
İqtisadçı bildirib ki, pul toplamaq üçün istənilən gəlirin 10 faizini ayırıb xüsusi hesaba (kassaya) qoymaq lazımdır. Özü də bu, maaşı alan kimi həyata keçirilməlidir, ayın sonunda nə qalacağı gözlənilməməlidir.

"Bu, vergilər, mənzil pulu kimi zəruri ödəniş olmalıdır", - deyə o vurğulayıb.

Xərclərin rasional planlaşdırılması

Ekspert bildirib ki, pul rasional xərclənməlidir:

"Bu o demək deyil ki, özünüzü asket vəziyyətinə kimi sıxmaq lazımdır, ancaq sizin üçün nəyin əhəmiyyətli, nəyin əhəmiyyətsiz olduğuna diqqət etməli və anlıq şıltaqlıqların təsiri altında baş verən emosional alışlardan çəkinməlisiniz"

O, xərcləri zamana uyğunlaşdırmağın vacibliyindən də danışıb:

"Deyək ki, sizin bir neçə məişət texnikanız son dövrlərini "yaşayır". Gəlirinizə uyğun və heç bir əlavə xərclərinizin çıxmayacağı ən sərfəli anı tutmalısınız".

İqtisadçı, həmçinin, vergi endirimləri ilə bağlı məlumatların öyrənilməsini və bütün mümkün endirimlərdən yararlanmağı tövsiyə edib.

"Güzəştlər kiçik ola bilər, amma deyək ki, beş güzəştdə bunu artıq hiss edə bilərsiniz", - deyə o vurğulayıb
.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
440 438 355 413 382 429

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.