ice berg

ice berg İdman 3-10-2023, 18:00

"Liverpul"un əsas problemindən DANIŞDI

"Liverpul"un əsas problemindən DANIŞDI
"Liverpul"un baş məşqçisi Yurgen Klopp Kodi Qakponun Premyer Liqada "Tottenhem"lə oyunda (1:2) zədələnməsindən danışıb və bunu özünün əsas problemi adlandırıb.

“Qakpo ayağındakı bandajla axsayır. Düzünü desəm, hazırda ən böyük problemim budur. İki futbolçumuzu qırmızı vərəqə, üçüncü oyunçumuzu isə zədə səbəbindən itirdik. Hər şey çox pisdir.

Kodi qol vurdu, lakin bu zərbədən sonra o, daha da diskomfort hiss etdi. O, bundan əvvəl qayda pozuntusuna görə zədələnmişdi”, - loading.aZ'ın xarici mediaya istinadən xəbərinə görə, Klopp deyib.

Qeyd edək ki, Premyer Liqada keçirilən yeddi oyundan sonra "Tottenhem" 17 xalla ikinci, "Liverpul" isə 7 turdan sonra 16 xalla dördüncü pillədə qərarlaşıb.

Növbəti turda “Liverpul” səfərdə “Brayton”la qarşılaşacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
331 338 319 289 312 287

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.