Rusiya nüvə enerjisi ilə işləyən qanadlı raketi sınaqdan keçirəcək
The New York Times” “Planet Labs”ın peyk görüntülərinə istinadən yazıb.
Bildirilib ki, sentyabrın 20-də səhər saatlarında çəkilmiş fotoda jurnalistlər Novaya Zemlya arxipelaqındakı buraxılış yerində avadanlıq, o cümlədən qoşqulu yük maşını görüblər, bu da NYT-ın məlumatına görə, raketin ölçüsünə uyğundur.
Sentyabrın 28-də peykdən çəkilmiş görüntülər sahənin ətrafında yenidən aktivlik olduğunu, yaxınlıqda yük maşınının dayandığını və sığınacağın kənara çəkildiyini göstərib.
Həmçinin qeyd edilir ki, avqustun 31-də Rusiya hakimiyyəti pilotlara Barents dənizinin bir hissəsində və Pankovonun buraxılış yerindən bir neçə kilometr aralıda “müvəqqəti təhlükə zonasından” qaçmağı tövsiyə edən bildiriş verib. Eyni bildiriş, NYT yazır, 2019-cu ildə Burevestnik testindən əvvəl verilmişdir.
Nəşr yazır ki, layihənin məxfiliyi və buraxılış sahəsinin uzaqlığı səbəbindən sınaqların qarşıda olub-olmadığını və ya onların artıq həyata keçirilib-keçirilmədiyini dəqiq müəyyən etmək mümkün deyil. Bildirilir ki, Rusiya raketin ayrı-ayrı komponentlərini sınaqdan keçirə bilər.