Qardaşını xilas etmək üçün özünü pəncərədən atdı
Misirin paytaxtı Qahirədə özəl klinikasında fəaliyyət göstərən doktor Meşali ölkənin ən varlı və ən tanınmış həkimlərindən sayılırdı. Bütün həyatı bir gün əlindəki bütün pulu toplayıb onun qəbuluna gəlmiş kasıb bir ailənin faciəsi ilə dəyişdi. 2 oğlu ilə həkimin müayinəsinə gəlmiş qadının balaca oğlu ağır xəstə idi. Doktor Meşali xəstənin sağalması üçün bahalı bir iynənin vurulmasının vacibliyini söyləyəndə, uşağın anası "bu iynəni vursaq, bir ay ac qalmalı olacağıq" dedi.
Araya dərin bir sükut çökdü. Ana göz yaşları içində çarələr düşünərkən, böyük oğlu açıq pəncərəyə yanaşdı. "Ana, qardaşıma yaxşı bax, süfrədən bir qab azalsa bəlkə o sağalar" deyərək özünü atdı. Bu balaca oğlanın öz qardaşını xilas etmək üçün düşünmədən həyatını qurban eləməsi doktor Meşaliyə çox dərin təsir buraxdı. Həmin gündən sonra onun həyatı büsbütün dəyişdi və daha heç vaxt əvvəlki kimi olmadı.