KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 3-10-2023, 09:50

Hindistan pilotların və kabin heyətinin ətirdən istifadəsini qadağan edəcək

Hindistan pilotların və kabin heyətinin ətirdən istifadəsini qadağan edəcək
Hindistanın Mülki Aviasiya Baş İdarəsi (DGCA) pilotlara və kabin heyətinə ətirdən istifadəni qadağan etməyə hazırlaşır.

Loading.az xəbər verir ki, The Hindu saytının xəbərinə görə, DGCA alkoqollu məhsulların istifadəsi ilə bağlı qanuna dəyişiklik təklif edib.

Tənzimləmə artıq pilotlar və kabin heyəti üçün uçuşdan əvvəl ağız qarqarası və diş geli kimi spirt tərkibli məhsulların istifadəsi ilə bağlı qaydaları ehtiva etsə də, təklif olunan yeni tənzimləmədə ətirdən istifadə də qeyd olunub.

Yeni tənzimləmədə ekipajın ətirdən istifadə etməməsi, əks halda alkotesterlə aparılan testlərin müsbət nəticə verə biləcəyi açıqlanıb.

Səhhətlərinə görə tərkibində spirt olan məhsul və ya dərman istifadə edən ekipaj üzvlərinin uçuşdan əvvəl şirkət həkimi tərəfindən müayinədən keçirilməli olduğu vurğulanıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
338 294 310 321 255 259

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.