KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 4-10-2023, 12:15

Şura Qarabağda yayım üçün onlara lisenziya verdi

Şura Qarabağda yayım üçün onlara lisenziya verdi
Məlumata görə, iclasda Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun ərazisində keçirdiyi uğurlu və sürətli lokal antiterror tədbirləri, bu tədbirlərdən sonra bölgədə yaranan vəziyyət, həmin bölgədə yaşayan əhalinin informasiya təminatının yaradılması və bölgənin ümumölkə informasiya məkanına reinteqrasiyasının təmin olunması, habelə lisenziyaların alınması üçün "Baku TV" MMC-nin və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Azərbaycan Respublikası Audiovizual Şurasına müraciətləri müzakirə olunub.
Qarabağ iqtisadi rayonunun ərazisində yaşayan əhalinin obyektiv və operativ informasiya ilə təminatının yaradılmasının təxirəsalınmazlığını nəzərə alaraq Azərbaycan Respublikası Audiovizual Şurası "Baku TV" MMC-yə peyk yayımı həyata keçirən platforma yayımçısı (televiziya redaksiyasının adı "Baku TV"), "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-yə ümumölkə yerüstü radio yayımıçısı (radio redaksiyanın adı "Azərbaycan Beynəlxalq Radiosu") lisenziyalarının verilməsi haqqında müvafiq qərarlar qəbul edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
330 352 293 285 294 260

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.