Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin tarixi xoşbəxtliyini yaşayır
1993-cü ilin oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində ulu öndər Heydər Əliyevin xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq prezident seçilməsindən 30 il ötür. Bu gün xalqımız 30 il öncə qurtuluş yolu olaraq edilən seçimin - Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin tarixi xoşbəxtliyini yaşayır".
Bu sözləri Milli Məclisin deputatı Tamam Cəfərova Loading.az-a bildirib.
Deputat qeyd edib ki, güclü Azərbaycana görə 30 il öncəki xalqın seçiminə və bu seçimi tarixi uğura çevirən Ulu Öndər Heydər Əliyevə əbədi borcluyuq:
Zaman 3 oktyabr seçkilərinin tariximizdə yerini və böyük zirvələrə gedən yolun başlanğıcı olduğunu bir daha təsdiq etdi. Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyev Ümummilli Liderin əsasını qoyduğu dövlət quruculuğunu zirvələrə daşımaqla bərabər, həm də bütövlükdə Azərbaycanın dövlətçilik tarixinin qələbə və şərəf salnaməsini yazdı. Bu gün Ümummilli Liderimizin arzusu olan ərazi bütövlüyümüz tam bərpa olunub. Təqvimin bu günü qələbə və şərəf salnaməsinin başlanğıc günü kimi tariximizə və qəlbimizə həmişəlik həkk olunub. Hər birimiz qüdrətli və güclü Azərbaycana görə 30 il öncəki xalqın seçiminə və bu seçimi tarixi uğura çevirən Ulu Öndər Heydər Əliyevə əbədi borcluyuq.