HASANLY

HASANLY Xəbərlər 4-10-2023, 14:38

Mikayıl Cabbarov Türkmənistan naziri ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Mikayıl Cabbarov Türkmənistan naziri ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistana səfəri çərçivəsində bu ölkənin Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.

Bu barədə nazir özünün “X” sosial şəbəkə hesabında yazıb.
“Türkmənistana səfərimiz çərçivəsində həmkarlarla birlikdə bu ölkənin Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşdə ölkələrimizin ortaq fəaliyyətinin və iqtisadi sahədə tərəfdaşlığının regionun inkişafı üçün faydalarından məmnunluq ifadə etdik və ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları barədə müzakirələr apardıq”, - deyə nazir qeyd edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
327 322 245 299 268 257

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.