HASANLY

HASANLY İdman 4-10-2023, 14:41

Azərbaycan millisinin baş məşqçisi: “Böyük hesabla uduzmaq istəmirik”

Azərbaycan millisinin baş məşqçisi: “Böyük hesabla uduzmaq istəmirik”
“Böyük hesabla uduzmaq istəmirik”.

Bunu “Report”a açıqlamasında 17 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Nərgiz Qurbanova AVRO-2024-ün seçmə mərhələsində Xorvatiyaya qarşı keçirəcəkləri oyunla bağlı danışarkən deyib.

Mütəxəssis bu görüşdə ilk növbədə müdafiəni düşünəcəklərini bildirib:

“Daha sonra əks-hücumda qol vurmağı da fikirləşəcəyik. Sabahkı matç çox çətin olacaq, rəqib həqiqətən güclüdür və hazırda açıq futbol oynamağı düşünmürük. Oyunlarını təhlil etmişik, güclü futbolçuları var. Biz də öz gedişlərimizi və əlimizdən gələni edəcəyik”.

Qurbanova Lüksemburqa 0:1 hesabı ilə uduzduqları ilk matç haqqında da danışıb:
“Təəssüf ki, buraya gələndə əsas heyət üzvlərimizdən bir neçəsi zədələndi. Bu bizə çox təsir etdi. Həmin oyunçular meydanda olsaydılar, qələbə də qazana bilərdik. Qızlarımız həqiqətən mübarizə apardılar. Rəqib də güclü və hücum edən tərəf idi. Qol şanslarımız oldu, amma təəssüf ki, dəyərləndirə bilmədik. 75-ci dəqiqədə adi səhvə görə topu qapımızda gördük və buna görə məğlub olduq. Amma oyunçularımız döyüşdülər və mübarizə apardılar”.

Baş məşqçi III turda qarşılaşacaqları Malta ilə görüşdə qələbə qazanmaq ehtimallarının çox olduğunu vurğulayıb:

“Bu matçda açıq futbol oynamaq və qalib gəlmək niyyətindəyik. Amma heç bir komandaya yuxarıdan aşağı baxmaq olmaz”.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 5-də Xorvatiya, bundan üç gün sonra isə Malta ilə üz-üzə gələcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
389 321 327 290 336 379

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.