HASANLY

HASANLY İdman 5-10-2023, 12:48

İsveç klubuna qarşı oynamış futbolçu: “Qarabağ” “Hakken”i məğlub edəcək gücdədir”

İsveç klubuna qarşı oynamış futbolçu: “Qarabağ” “Hakken”i məğlub edəcək gücdədir”
“Komandanın qələbə qazanmaq üçün gücü var. Qalib gələcəklərinə inanıram”.

Bunu “Report”a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Elvin Yunuszadə Azərbaycan təmsilçisinin İsveçdə yerli “Hakken” klubuna qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun oyunu ilə bağlı danışarkən deyib.

31 yaşlı müdafiəçi avrokubok matçlarının asan olmadığını bildirib:

“Mən də bunun şahidi olmuşam. Bu görüş “Qarabağ” üçün çətin keçəcək. Çoxları komandanın aşkar favorit olduğunu düşünürlər. Amma həqiqətən, elə deyil. Səfərdən bir xalla qayıtmaq da uğurdur. Məncə, qrupda kimin ikinci yeri tutacağı sonuncu turda bəlli olacaq”.

Yunuszadə 2016/17 mövsümündə “köhlən atlar”ın UEFA Avropa Liqasının pley-off mərhələsində İsveçin “Göteborq” klubuna qalib gəldikləri oyunu (0:1; 3:0) da xatırlayıb:
“3:0 hesabı ilə qalib gəldiyimiz Bakıdakı matçda çox əziyyət çəkmişdik. Kənardan hamı hesaba və ada baxıb deyir ki, “Qarabağ” turu rahat keçməlidir. Amma elə şey yoxdur. Avrokuboklar çempionat qarşılaşmalarından tam fərqlənir”.

Qeyd edək ki, Elvin Yunuszadə 2015-18-ci illərdə Ağdam təmsilçisinin formasını geyinib. 2022-ci ildən “Kəpəz”də oynayır.

Bu gün “Ullevi” stadionunda reallaşacaq “Hakken” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
305 374 317 337 303 291

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.